Azərbaycanda sələfilər arasında yeni qarşıdurma
Bizi izləyin

Nida.az

Azərbaycanda sələfilər arasında yeni qarşıdurma

Azərbaycanda sələfilər arasında yeni qarşıdurma

Azərbaycanlı sələfilər arasında yeni qarşıdurma yaşanıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov sələfilərin öndə gedənlərindən olan Veysəl Orucovu tənqid edib. Onun ad çəkmədən V. Orucovla bağlı “bidətçilərlə” oturub-durduğunu söylədiyi deyilir. Sələfi imamı Orucovu Suriyada döyüşən azərbaycanlıları dəstəklədiyi üçün də tənqid edib.

Bu isə V.Orucovun ətrafında olan sələfilərin xoşuna getməyib. Qarşı tərəfin buna cavab verəcəyi gözlənilir.

Bu arada V.Orucov tərəfdarları tərəfindən nəinki Azərbaycanda, bütün Qafqaz bölgəsində əsas liderlərdən biri kimi təqdim edilir.

Qeyd edək ki, Suriya məsələsinə görə bundan əvvəl Q. Süleymanovla Əlixan Musayev arasında da fikir ayrılığı yaranmışdı.

Lakin sələfilərdən əldə etdiyimiz məlumata görə, Q. Süleymanovla Orucov arasında heç bir problem yoxdur. V. Orucovun hazırda Səudiyyə ərəbistanında şəriət polisi işlədiyi deyilir. Azərbaycana da tez-tez gəlir. Suriyada döyüşən azərbaycanlıların hərəkətlərini pisləyən sələfilər tərəfindən imzalanmış bəyanata onun da imza atdığı bildirilir.

Sələfilər bu məlumatı Suriyada döyüşən xəvaricilərin yaydığını iddia edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm