Azay Quliyevə qarşı çirkin kampaniya başlayıb
Bizi izləyin

Nida.az

Azay Quliyevə qarşı çirkin kampaniya başlayıb

Azay Quliyevə qarşı çirkin kampaniya başlayıb

“Təəssüf edirəm ki, bu gün “reket” jurnalistika hələ də Azərbaycan cəmiyyəti üçün problem olaraq qalır. Onlar bəzən Azərbaycanın hörmətli şəxslərini, ziyalılarını, siyasi xadimlərini, hakimiyyət nümayəndələrini, məmur və millət vəkillərini şantaj etməklə nəsə əldə etməyə çalışırlar”.

Bu barədə “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün bir QHT sədri kimi baş verən haqsızlığı sakit qarşılaya bilməzdi: “Uzun illərdi ki, Azay Quliyevin ictimai-siyasi fəaliyyətini izləyirəm. Bu insan yüksək mədəniyyəti, səmimiyyəti, insani dəyərlərə böyük önəm verməyi ilə seçilir. Belə bir şəxsə qarşı ağlına və ağzına gələni yazmaq vicdanı itirməkdir. Öz aləmlərində onu ictimai nüfuzdan salmağa cəhd edirlər. Amma əslində onların kimliyi böhtanlarının əsl səbəbini anlamaq üçün kifayətdir. Onların sözləri Azay Quliyevin ictimai nüfuzunu azaltmır, artırır. Əksinə, onların dilindən hansısa namuslu adama xoş sözlər eşitmək daha təəccüblü olardı, nəinki bu cür aşağılayıcı ifadələr”.

N. Orduxanlı bu tip insanlardan xilas olmaq zamanının çoxdan çatdığını bildirib.

“Bu gün Azərbaycan jurnalistikası çox sürətlə inkişaf edir və operativliyi, qərəzsizliyi ilə artıq Qafqazda nümunə sayılacaq səviyyədədir. Xüsusilə internet media bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnir və öz-özünü təkmilləşdirir. Jurnalistikanın bu cür inkişafı həm də dövlətimizin ictimai-siyasi simasıdır. Təəssüf ki, 90-cı illərdən qalmış və jurnalistikaya sığınmış bəzi fırıldaqçılar və jurnalistikaya heç bir aidiyyəti olmayan insanlar hələ də var. Hesab edirəm ki, təkcə Mətbuat Şurası deyil, ictimaiyyət nümayəndələri, həmçinin ciddi media mənsubları da bu cür insanların ifşa olunmasında və sıralarından qovulmasında maraqlı olmalıdırlar”-deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm