İlham Əliyev Panama və Kosta-Rika prezidentlərini təbrik etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Panama və Kosta-Rika prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir: "Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycanın dövlət başçısı, həmçinin Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Riveraya təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, dost Kosta-Rika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm