Şanxay bəyannaməsinə Qarabağla bağlı maddə salındı
Bizi izləyin

Nida.az

Şanxay bəyannaməsinə Qarabağla bağlı maddə salındı

Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Şanxay Zirvə Toplantısı yekun bəyannamənin qəbulu ilə başa çatıb. Regionun, o cümlədən Rusiyanın, İranın, Qazaxıstanın liderlərinin iştirakı ilə qəbul edilən sənəddə, dövlət televiziyasının məlumatına

Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Şanxay Zirvə Toplantısı yekun bəyannamənin qəbulu ilə başa çatıb. Regionun, o cümlədən Rusiyanın, İranın, Qazaxıstanın liderlərinin iştirakı ilə qəbul edilən sənəddə, dövlət televiziyasının məlumatına görə, Azərbaycan üçün böyük ənəm kəsb edən bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub.

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəaliyyətinin nəticəsiz olduğunu deyib. /ans tv/

O, eyni zamanda müasir dünyada təhlükəsizlik probleminə diqqət çəkib və Ermənistanın dövlət təşkilatlarının Azərbaycana qarşı terror fəaliyyəti göstərdiyi vurğulayıb: "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərin 20 faizi, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edilib, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın düşüb'".

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir.

Çin Xalq Respublikasının sədri Si Cinpin dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıb.

Şanxay Zirvə Toplantısı yekun bəyannamənin qəbulu ilə başa çatıb.

Bəyannamədə Azərbaycan üçün böyük ənəm kəsb edən bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub. Orada deyilir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi narahatlıq doğurur və bu münaqişə beynəlxalq hüquq normalarına uyğun qəbul edilməlidir.

Sənəddə ATƏT-in Minsk qrupundan münaqişənin həlli üçün səyləri artırmalı olduğu qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm