Vəfa Quluzadə: “İlham Əliyev yaxşı ki bu məsələni qaldırdı”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “İlham Əliyev yaxşı ki bu məsələni qaldırdı”

Vəfa Quluzadə: “İlham Əliyev yaxşı ki, bu məsələni qaldırdı”

“Prezident İlham Əliyev, yaxşı ki, bu məsələni qaldırdı. Bu, Ermənistanın Gömrük İttifaqına qəbul olunmasına problem yarada bilər”.

Bu barədə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasına göndərdiyi məktubu şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bundan əvvəl də Nursultan Nazarbayev bu məsələni qaldırmışdı: “Bildirmişdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonunu işğal edib, gərək konkret sərhədlərini göstərsin. İndi də İlham Əliyev bu məsələni qaldırdı. Hesab edirəm ki, bu, ciddi məsələdir. Lakin bunun həlli Rusiyadan asılıdır. Rusiya çalışacaq ki, Ermənistanı ittifaqa Qarabağsız qəbul etsin. Bu da İrəvanın xətrinə dəyəcək”.

Lakin V. Quluzadə hesab etmir ki, Rusiya Ermənistanın Gömrük İttifaqı yolunda problemə çevrilən Qarabağ problemini həll edəcək.

“Rusiya bu münaqişənin həllində maraqlı deyil. Çünki münaqişənin həlli Azərbaycan və Ermənistanı Rusiya qarşısında müstəqil edə bilər. Rusiya istəyir ki, indiki vəziyyət daha çox qalsın və bu ölkələr ondan asılı olsun. Ona görə də Ermənistanı Qarabağ olmadan qəbul etməyə çalışacaq. Bunun üçün də sənəddə Qarabağla bağlı xüsusi qeyd olmalıdır. Bu, bir qədər qəliz məsələdir. Necə həll ediləcəyini görmək üçün bir qədər gözləməliyik”.

Qeyd edək ki, Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, biz Azərbaycan prezidentinin məktubunu almışıq: “Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm