Aydın Əliyev: "Gömrük Məcəlləsinın hazırlanması üçün cəmi bir sənəd çatmır"
Bizi izləyin

Nida.az

Aydın Əliyev: "Gömrük Məcəlləsinın hazırlanması üçün cəmi bir sənəd çatmır"

“Gömrük Məcəlləsinin hazırlanması üçün nəzərdə tutulan 59 sənədin 58-i artıq qəbul olunub”.

Publika.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Xidmətinin rəisi Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.


A. Əliyev bildirib ki, 59-cu sənəd də artıq hazırdır: “Təkcə imzalanması qalıb. Bildiyimiz kimi, dövlət başçısının tapşırığına əsasən xarici ticarətin daha da liberallaşdırılması, sahibkarlara dəstək məqsədilə müəyyən qanunvericilik aktlarına dəyişikliklər gözlənilir.

Onlar qəbul edilikdən sonra bu sənəd də imzalanacaq”. A. Əliyev qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatı gömrük sahəsi ilə bağlı Azərbaycanın qarşısına iki məsələ qoyub: “Birincisi Üçpilləli gömrük vergilərinə keçmək, ikincisi isə əqli mülkiyyətlə bağlıdır. Əqli mülkiyyətlə bağlı məsələ köhnə Gömrük Məcəlləsində əksini tapmışdı. Bu, yeni məcəllədə də olacaq. O ki qaldı, gömrük vergi tutma qaydasının yaradılmasına, artıq bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm