“Ermənistan evdən çıxdı və qayıtmadı” – Azərbaycanla müqayisə
Bizi izləyin

Nida.az

“Ermənistan evdən çıxdı və qayıtmadı” – Azərbaycanla müqayisə

“Ermənistan evdən çıxdı və qayıtmadı” – Azərbaycanla müqayisə

“Bu, anormal vəziyyətdir. Bir ölkənin strateji partnyoru onun rəqibini müasir silahlarla silahlandırır, amma buna heç bir adekvat reaksiya yoxdur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər erməni ekspert Musa Mikayelyan “Ermənistan evdən çıxdı və qayıtmadı” başlıqlı yazısında yer alıb.

Erməni ekspert Azərbaycan-Rusiya hərbi əməkdaşlığı qarşısında rəsmi İrəvanın səssiz qalmasının anormal olduğunu aşağıdakı şəkildə əsaslandırmağa çalışır: “Təsəvvür edək ki, ABŞ İsrailin rəqibləri Suriyaya, Livana və ya Fələstinə silah satır. Çətin ki, bunun qarşılığında İsrail hakimiyyəti susardı. Türkiyə də sərhədləri açmaq və protokolları təsdiqləmək üçün hansısa addımlara təşəbbüs edirdi. Azərbaycan hakimiyyəti bunu arxadan zərbə hesab edərək türklərin bu siyasətinə etirazını bildirdi. Amma erməni hakimiyyəti Rusiya-Azərbaycan hərbi sazişləri ilə bağlı rəsmi səviyyədə heç vaxt narahatçılığını ifadə etməyə özündə cəsarət tapmadı”.

M.Mikayelyan hesab edir ki, İrəvan Rusiyaya nəinki etiraz edir, əksinə, onun siyasətinə haqq qazandırır.

“Ermənistan bir dövlət olmaq üçün evdən çıxdı. Amma nəinki dövlət olmadı, həm də heç evə qayıtmadı. Yumruqları rəqibimizə göstəririk, ancaq narazılığımızı strateji partnyorumuza göstərməyə qorxuruq. Bu paradoksdur və “dövlət” anlayışına uyğun gəlmir”, – erməni eksperti qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm