Seyran Ohanyan KTMT-yə yardım üçün müraciətdən danışdı
Bizi izləyin

Nida.az

Seyran Ohanyan KTMT-yə yardım üçün müraciətdən danışdı

“Yerevan Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyə ehtiyac görmür”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yönəlik tənqidləri şərh edərkən deyib.

Erməni nazirin sözlərinə görə, Ermənistanın özü yaranmış problem həll edə bilər. O, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin həmişə gərgin olduğunu, sadəcə, son vaxtlar atəşkəsin daha çox pozulduğunu dilə gətirib. S.Ohanyan Azərbaycan tərəfini Tavuş vilayətinin sərhədyanı kəndlərini atəşə tutmaqda ittiham edib.

Qeyd edək ki, bir sıra erməni ekspertləri KTMT-ni Azərbaycan-Ermənistan sərhədində baş verənlərə reaksiya vermədiyinə görə ittiham edir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək almaq üçün müəyyən şərtlər var. Ölkə daxilində vəziyyət qiymətləndirilir və prezidentə təkliflər verilir. O, da öz növbəsində təşkilat rəhbərliyinə müraciət edir. Düşünmürəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək üçün əsaslar var. Əgər bu cür xırda hadisələrə erməni ordusu reaksiya verə bilməyəcəksə, onda o nə üçün lazımdır?”, - erməni müdafiə naziri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm