Amerikalı ekspert: “Bakı üçün Qarabağı qaytarılması şansı yaranıb”
Bizi izləyin

Nida.az

Amerikalı ekspert: “Bakı üçün Qarabağı qaytarılması şansı yaranıb”

“Ermənistan düşünür ki, işğal edilmiş ərazilərin bəzilərini qaytarmaqla Rusiyanın təsirindən çıxacaq. Bu yanlış yanaşmadır”.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin eksperti, Rusiya üzrə analitik Devid Setter deyib. Ekspert hesab edir ki, əksinə, Ermənistanın Rusiyanın təsirindən çıxması bununla baş tuta bilməz: “Ermənistan Rusiyanın təsirindən yalnız öz ərazi itkisi ilə çıxa bilər. Hansı ki, bu Ukrayna və Moldovada yaşandı. Lakin bu ərazilər işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar deyil. Ermənistan bunun üçün BMT tərəfindən tanınmış sərhədləri daxilində olan ərazilərindən bir hissəsini qurban verməlidir”.

Amerikalı analitikin fikrincə, işğal olunmuş ərazilərin müəyyən qismi qaytarıla bilər, bununla yanaşı, Ermənistanın özünün də ərazi itkisi olacaq.

Ekspert hesab edir ki, mövcud vəziyyətdə Bakı üçün ərazilərin geri qaytarılması şansı yaranıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm