“Bir azdan mənə Nostradamus deyəcəklər” - AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Bir azdan mənə Nostradamus deyəcəklər” - AÇIQLAMA

“Mənim ötən il Milli Şura barədə dediyim fikirlər və praqnozlarım özünü doğrultdu. Mən demişdim ki, president seçkilərindən sonra Milli Şurada heç kəs qalmayacaq. İndi dediklərim özünü doğrultdu. Buna görə baxarsınız, bir azdan mənə Nostradamus deyəcəklər”. Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “EL” hərəkatının rəhbəri Eldar Namazovun Milli Şuradan istefa verməsinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Milli Şuranın dağılması əvvəlcədən gözlənilən idi: “Eyni adamlardır, neçə illərdir ki, təşkilatlarını dəyişə-dəyişə gəlirlər. Bunların bir marağı var. O da maddi maraqdır. Onların ümumxalq və ümumdövlət marağı yoxdur. Bunlar siyasəti özlərinə gəlir mənbəyi hesab edirlər. Cəmiyyətə bu və ya digər formada pafoslu fikirlər söyləmələrinə baxmayaraq onların arxasında ancaq maddi maraqları dayanır. Bu da onun bariz nümunəsidir. İndi Azərbaycan xalqı bir daha şahid olsun ki, bunlar bu cür insanlardır”.

Eldar Namazovun istefa ərəfəsində ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirməsi məsələsini də şərh edən S.Novruzov bildirib ki, əslində bu barədə məlumatların yayılması “gözdən pərdə asmaq” məqsədi daşıyır. Onun sözlərinə görə, Eldar Namazov Milli Şurada özünə çatan haqq hesabı çoxdan alıb: “Eldar Namazov hələ Gürcüstan səfərinə getməmişdən qabaq haqq-hesabını alıb. Rüstəm İbrahimbəyov da özünə çatanı alıb, indi də çəkilib dayanıb kənarda. İndi də Eldar Namazov kənara çəkilmək üçün istefa verdi. Milli Şurada Müsavat partiyasına pul çatmasa da, ancaq bu partiyanın rəhbərinə haqq-hesab ödənilib. Digər nümayəndələrinə pul çatmadığı üçün Müsavat Milli Şuradan uzaqlaşdı. Əli Kərimli də 8,5 milyon pul alıb. Yoxsa Əli Kərimlinin qara qaşına, qara gözünə görə o pul verilməyib ki? Əli Kərimli heç yerdə işləməyə-işləməyə bahalı maşında gəzir, mühafizəçisi var. Hələ arada “Azadlıq” qəzetinə pul yardımı da edir. Sual olunur ki, hardan alırsan bu pulları? Əgər həmin pullar üzvlük haqqından toplanırsa, o zaman bu bank vasitəsilə olmalıdır və bunun hesabatı ictimaiyyətə təqdim edilməlidir.

Ümumiyyətlə, Milli Şurada təmsil olunan bir neçə şəxs pulu alıb öz aralarında bölüşüdürüblər. Bu pullar ayrı-ayrı xarici dairələrdən alınan vəsaitlər idi. Onlar pulu aıb bölüşdürəndən sonra aradan çıxdılar. İndi də Cəmil Həsənli ortada tək qalıb. Mən hələ ötən il demişdim ki, Cəmil Həsənli axırda tək qalacaq. Baxın, doğru çıxdı. İndi Cəmil Həsənli tərəzidə olan qoyun əti kimi ortada qalıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm