Dağlıq Qarabağın azərbaycanlı icması toplandı
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağın azərbaycanlı icması toplandı

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2013-ci ildəki fəaliyyətin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair
hesabat iclası keçirilib. Birlikdən Publika.Az –a verilən məlumata görə, iclası giriş sözü ilə açan birliyi İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov İdarə heyətinə və icma üzvlərinə görülən işlər barədə ümumi məlumat verib.

Sonra İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov İcmanın 2013-ci ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışıbdır.

Daha sonra Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov Mərkəzin yaradılmasının məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri dəyərləndirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

İdarə heyətinin üzvləri, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək icmanın daha operativ və fəal olduğunu bildiriblər.Toplantıda qeyd edilib ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli təşkili məqsədilə yeni fəaliyyət istiqamətlərinin qurulması təqdirəlayiqdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm