Nida.az
2,4 milyon dolları onlar alır - Adbaad
ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə – 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.
Hələlik müsabiqəyə hansı təşkilatın layihə təqdim etdiyi rəsmən açıqlanmayıb. Ölkənin aparıcı KİV-lərinin rəhbərləri “Gündəlik Teleqraf” qəzetinə verdikləri açıqlamada 2,4 milyon dollar dəyəri olan layihədən xəbər tutmadıqlarını və müsabiqədə iştirak etmədiklərini bildiriblər. Lakin “Gündəlik Teleqraf”ın araşdırması nəticəsində “İREX Azərbaycan” təşkilatının bu müsabiqədə iştirak etdiyi məlum olub. Bəs “İREX-Azərbaycan” təşkilatının rəhbərliyi kimdir? Bu təşkilatda kimlər çalışır? Başqa sözlə desək, 2,4 milyonu kimlər alacaq?
Teleqraf.com bu şəxslərin kimliyini oxucuların diqqətinə çatdırır.
Anjela Nikoara - Azərbaycan Yeni Media Layihəsinin
layihə rəhbəri kimi fəaliyyət göstərir. Layihə Azərbaycan üçün
USAID-nin Media İnkişafı Proqramının son mərhələsində peşəkar və
vətəndaş jurnalistlərinin tənqidi çıxışları, sahəsində
genişləndirilmiş; icmalar, QHT və Azərbaycan vətəndaşları arasında
informasiya-əsaslı əlaqələri inkişaf etdirilmiş, yeni və ənənəvi
mediada söz azadlığını dəstəkləyən media-savadlı vətəndaşların
inkişaf etdirilməsində yardım etmiş İREX tərəfindən yaradılmış
fonda əsaslanır.
Irex.az saytı bildirir ki, Anjela jurnalistika və beynəlxalq proqramların idarə olunmasında 15 ildən çox təcrübəyə sahibdir. O, əvvəllər Serbiya, Sudan, Ruanda və Şri-Lankada layihə rəhbəri kimi fəaliyyət göstərib. Sərbəst jurnalist və media təlimçisi kimi Rumıniya, Rusiya, Bosniya-Herseqovina, İndoneziya, Konqo Demokratik Respublikasında, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çalışıb. Anjela Brandeys Universitetinin “Birgəyaşayış və Münaqişələr” üzrə magistr dərəcəsinə sahibdir.
Sayt, həmçinin bildirib ki, Anjela Afrika musiqilərini dinləməyi çox sevir və 2 triatlonu tamamlayıb.
Azərbaycan Yeni Media Layihəsi direktor müavini Ələsgər Məmmədli - Ə.Məmmədli 1996-cı ildə Türkiyənin İstanbul Universitetinin Hüquq fakultəsində bakalavr təhsili alıb. Magistr dərəcəsinə isə 2001-ci ildə Türkiyə Dövlət İdarəçilik İnstitutu və Ankara Yaxın Şərq İnstitutunda yiyələnib. Ə.Məmmədli vəkil kimi İstanbulda, hüquqşünas kimi isə Internews və İREX Azərbaycan təşkilatında işləyib.
O, media hüququ, informasiya əldə etmək hüququ, seçki hüququ, konstitusiya hüququ və insan haqları üzrə ixtisaslaşıb. Müntəzəm olaraq hüquqşünaslar və jurnalistlər üçün təlimlər təşkil edir. Hətta Bakı Dövlət Universitetində, Jurnalistika məktəbinin tələbələrinə “Media Hüququ”ndan dərs keçir. Azərbaycan Açıq Cəmiyyət İnstitutunda Ekspert Komissiyasının üzvüdür.
Sayt Ə.Məmmədli barədə özəl məlumat kimi qeyd edir ki, o, yerli və beynəlxalq media tərəfindən nəşr olunmuş hüquq üzrə çoxsaylı məqalələrin və 21 kitabın müəllifidir.
“İREX-Azərbaycan”ın baş proqram mütəxəssisi Natella
Abdullayevanın Azərbaycanda beynəlxalq yardım və inkişaf
proqramları sahəsində 15 ildən artıq layihə menecmenti təcrübəsi
var. Rus ədəbiyyatı fakültəsinin məzunudur. 2013-cü ildən İREX-də
Baş Proqram Mütəxəssisi işləyən Natella regional internetə çıxış
mərkəzləri üzərində işləyir, vətəndaş jurnalistlərini
həvəsləndirir, vebsayt və yeni media təlim layihələrinə nəzarət
edir. N.Abdullayevanın beynəlxalq təşkilatlarla (British Council,
Beynəlxalq Xilas Komitəsi) və kommersiya şirkətləri (Rohde &
Schwarz, Strabag) ilə böyük iş təcrübəsi var. Biznes İdarəçiliyi
üzrə Magistr dərəcəsini Dövlət Neft Akademiyasından və Corciya
Dövlət Universitetindən alıb. Xüsusilə maliyyə və resursların
idarəçiliyi üzrə ixtisaslaşıb.
Layihənin proqram koordinatoru Könül Əliyevanın
İT, Azərbaycan və ingilis dillərində təlimlər və layihə
koordinasiyası sahəsində 8 illik təcrübəsi var. O, ABŞ-ın Sülh
Korpusunda Dil və Mədəniyyət Müəllimi işləyib və 2011-ci ildən
2012-ci ilədək 9 Sülh Korpusu Könüllüsünə təlim keçib. 2012-ci ilin
sonunda İREX Azərbaycana layihə koordinatoru kimi qoşulub. Könül
Əliyeva hazırda Elektron Kənd, SRP, İCT və digər proqramların
həyata keçirilməsində layihə komandasını dəstəkləyir.
Miralim Seyfiyev İREX Azərbaycanda maliyyə və
inzibati mütəxəssisdir. O, maliyyə işlərinə – layihə və tədbirlərin
büdcəsinin hazırlanmasına, xüsusilə Qrant Departamenti üçün
müxtəlif maliyyə inzibati sənədlərin hazırlanmasına baxır. Miralim
Qafqaz Universitetini bitirib, iqtisad və maliyyə sahəsi üzrə
magistr dərəcəsi alıb.
Maddi-texniki təchizat mütəxəssisi Cavid Kazımov
İREX-ə çox sadiqdir, 10 ildən çoxdur İREX Azərbaycanda çalışır.
Hazırda Cavid maddi-texniki təchizat koordinatorudur. Proqramlar,
təhsil və qrant komandaları üçün mal və xidmətlərin alınmasına
məsuldur. O, həmçinin tədbirlərin təşkilində iştirak edir.
Qrant meneceri Oksana Zarukayeva Azərbaycan və
Orta Asiyada böyük iş təcrübəsi olan savadlı menecerdir. İREX, UNDP
(BMT-nin İnkişaf Proqramı) və digər təşkilatlar və layihələrdəki
işi vasitəsilə, Oksana layihə menecerliyi, qrant menecerliyi,
nəzarətçi təcrübəsi və təlimlər sahəsində praktik təcrübəsini geniş
şəkildə paylaşır. Oksana Özbəkistan-Yaponiya İnsan İnkişafı
Mərkəzində Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsi alıb.
Sayt “İREX-Azərbaycan”ın media mütəxəssisi Ülviyyə
Əsədzadəni təcrübəli jurnalist kimi xarakterizə edib. O,
korrupsiyaya qarşı yazıları və araşdırmalar sahəsi üzrə
ixtisaslaşıb. O, Azadlıq Radiosunun Bakı bürosunda araşdırma
komandasının üzvü və multimedia müxbiri işləyib. Canlı siyasi debat
aparıb və beynəlxalq mediada Azərbaycanla bağlı yazılarla çıxış
edib. O, 2012-ci ildən İREX-də çalışır və regional internetə çıxış
mərkəzləri üzərində işləyir, vətəndaş jurnalistikasını
həvəsləndirir, sayta və yeni media təlim layihələrinə nəzarət
edir.
Təhsil proqramlarının koordinatoru Samirə Rəsulova
2010-cu ildən İREX-də işləməyə başlayıb. O, proqramların qəbulu,
seçimi və məzunların fəaliyyətini əlaqələndirir. S.Rəsulova
proqramların öz məqsədinə çatması və təsiri olması üçün əlindən
gələni edir. O, qrant sənədlərinin idarəçiliyi, məzunların
fəaliyyətinə nəzarətlə məşğuldur və məzunlar arasında icma
hissinin, əməkdaşlığın yaranmasına çalışır.
Nigar İsgəndərova İREX ailəsinə 2006-cı ildə
qoşulub. Maliyyə koordinatoru vəzifəsində çalışır. Maliyyə
sənədləri ilə işləyir, maliyyə məsələləri ilə əlaqədar əməkdaşlara
xidmət göstərir, insan resursları sahəsində fəaliyyətlə məşğuldur.
Milli və beynəlxalq QHT-lərdə 12 il iş təcrübəsi var. Xəzər
Universitetini bitirib. Maliyyə sahəsində magistr dərəcəsi var.
Bəli, əziz oxucular, İREX Azərbaycan təşkilatının direktor müavini Ələsgər Məmmədli istisna olunmaqla, bu qurumda çalışanların adı ölkə mətbuatı üçün heç nə demir. Ələsgər Məmmədlini də media nümayəndələri İREX-dəki fəaliyyətinə görə deyil, bir hüquqşünas və ekspert kimi tanıyırlar. İREX Azərbaycan təşkilatının bu günə qədər Azərbaycan mediasının inkişafına heç bir ciddi töhfə vermədiyini, ölkənin aparıcı tv, radio, qəzet və internet mediasında çalışan tanınmış jurnalistlərdən uzaq durduğunu gündəmə gətirəcəyik. Görünür bunun bir səbəbi də budur ki, İREX-ə ayrılan böyük həcmli qrantların məqsədi heç də müstəqil mətbuata dəstək vermək deyil. Bu qrantların bir hissəsi İREX-in timsalında “ikinci əldən” Xədicə İsmayılova kimilərinin qeyri-jurnalist fəaliyyətlərinin maliyyələşdirilməsinə sərf edilir.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi