Ziya Məmmədovun qardaşı vəhhabilərə xəbərdarlıq etdi - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Ziya Məmmədovun qardaşı vəhhabilərə xəbərdarlıq etdi - AÇIQLAMA

Azərbaycanda müstəqil dövlət qurulub və bunun marağında olan həm xalq, həm də dövlət başçısı var. Kimsə Azərbaycana qarşı bu cür radikal addımlar atarsa, o bunun cavabını alacaq.

“Özlərini mücahid adlandıran azərbaycanlılar Suriyada döyüşməyə pul qazanmaq üçün gedirlər”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin adamlar dərhal geri çəkilməlidirlər: “Əgər onlar vətənpərvərdilərsə, gedib Qarabağda vuruşsunlar və bununla biz də düşmən üzərində qələbə çalaq. Yoxsa ki, hansısa təşkilatların vasitəsilə vəsait alıb Suriyaya döyüşməyə getmələri doğru deyil. Bu Azərbaycana da heç zaman başucalığı gətirə bilməz. Bu gün Azərbaycan güclü və inkişaf etmiş dövlətdir. Dövlətimizin güclü rəhbəri var, dövlətimiz çox gözəl idarə olunur. Əminəm ki, Azərbaycanın gecə-gündüz milli təhlükəsizliyinin və sabitliyinin keşiyində dayanan hüquq-mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da bu məsələ ilə bağlı öz işlərini görürlər. Əgər kimsə Azərbaycanda təxribat və qarşıdurmalar yaratmağa səy göstərərsə, o zaman hər zaman olduğu kimi onların qarşısı qətiyyətlə alınacaq. Çünki Azərbaycanda müstəqil dövlət qurulub və bunun marağında olan həm xalq, həm də dövlət başçısı var. Kimsə Azərbaycana qarşı bu cür radikal addımlar atarsa, o bunun cavabını alacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm