Nida.az
Almaniya millət vəkili: “Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”
Almaniya Federativ Respublikası Bundestaqının Xristian-Sosialist İttifaqı Fraksiyasının üzvü Tobias Zeç Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırıb.
- BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləmış və qətnamələrində bunu beynəlxalq hüquq pozuntusu adlandıraraq Ermənistan qoşunlarının dərhal bölgədən çıxarılmasını tələb etmişdir. Almaniyanın beynəlxalq ictimaiyyətin qərarlarına münasibəti necədir?
- Artıq iyirmi ildən artıqdır ki, Ermənistan beynəlxalq hüququ
pozaraq Dağlıq Qarabağı işğal altında saxlayır.Bu siyasət BMT
Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də,
Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki,
Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır.
- 1 milyona yaxın azərbaycanlı Ermənistanın işğalçılıq
siyasəti nəticəsində öz vətənlərində məcburi köçkünə çevrilmişdir.
Almaniya Azərbaycanın – Avropa İttifaqının
“ŞərqTərəfdaşlığı” Proqramının partnyorlarından biriolan ölkənin
ərazi bütövlüyü prinsipinə, onun məcburi köçkün və qaçqınlarının
hüquqlarınanə kimi münasibət bəsləyir?
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin ciddi təsiri
aşağıdakı mülahizə vasitəsi ilə təsvir edilə bilər: əgər hər bir
ölkə müəyyən tarixi səbəblərə görə, qonşusunun ərazisinin bir
hissəsini iddialı olsaydı,onda bu, potensial ümumdünya münaqişəsinə
gətirib çıxarardı.
Azərbaycan ilə Almaniya və daha geniş mənada götürsək Qərb arasında
olan siyasi və iqtisadi əməkdaşlıq, Azərbaycana onun hüquqlarının
qorunmasında regional dəstəyi tam əks etdirirmi? Ermənistan
tərəfindən işğal edilmiş ərazilərin qaytarılması və məcburi
köçkünlərin geri qayıtması, bizim gələcəkdə ciddi şəkildə
dəstəkləyəcəyimiz məsələlər sırasındadır. Bu kontekstdə “Avropa
Qonşuluq Siyasəti” və “Şərqi Tərəfdaşlığı yüksək səviyyədə
əməkdaşlıq üçün vacib alətlərdir. Biz bu alətləri gələcəkdə inkişaf
etdirməli və mövcud əməkdaşlıq formalarından daha çox
bəhrələnməliyik.
Qondarma “Dağlıq Qarabağ Respublikası” nınbirtərəfli elan edilməsi hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Bu kontekstdə Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” qanunsuz hesab etmişdir. Bir daha təkrar edirəm:ikitərəfli əməkdaşlığın inkişafı üçün mövcud olan bütün vasitalətlərdən istifadə edilməlidir.
- Bu yaxınlarda 3 Azərbaycan vətəndaşı Ermənistan tərəfindən işğal edilmiş rayonda əsir götürülüb və onlardan biri qətlə yetirilib. Bu təxribatdan bir neçə gün sonra10 artıq Azərbaycan əsgəri Ermənistan qoşunları tərəfindən öldürülmüşdür. Bu kontekstdə hazırkıdurumu necə qiymətləndirərdiniz?
- Son zamanlar qoşunların təmas xəttində gərginliyin və toqquşmaların artması, belə desək “dondurulmuş münaqişənin” kövrəkliyini göstərir. Əslində, biz intensivləşən bir münaqişənin şahidi oluruq. Bu isə təmas xəttində beynəlxalq monitorinqi təhlükəyə çevrilir. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq hüququn mərkəzi prinsipləri əsasında formalaşdırılmış “Madrid Prinsipləri” nin irəli çəkilməsini gücləndirməlidir. Mən təkrar edirəm: buraya, həmçinin, Ermənistan tərəfindən işğal edilmiş rayonların qaytarılması və bütün qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələsi daxildir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, biz Ermənistan işğalçı qüvvələri tərəfindən gərginliyin yenidən artırılmasını pisləyirik.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu