• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qeydiyyatsız, təyinatsız, özbaşına - Aşurbəy və Müşfiqabad məscidləri ilə bağlı bəyanat

  • Nida.az
  • 31 Yanvar 2014 14:30
  • 1 156 Baxış
Qeydiyyatsız, təyinatsız, özbaşına -  Aşurbəy və Müşfiqabad məscidləri ilə  bağlı bəyanat

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidi iə bağlı bəyanat yayıb.

QMİ-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir.

Bununla bağlı QMİ bildirir ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyil: "Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmişlər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməyib. Əlavə edək ki, Müşfiqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub.

Deyilən səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil və buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməyib. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri QMİ tanımır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR