Nida.az
“Serjik, sənə ayıb deyilmi?”
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşündən sonra verdiyi bəyanat erməniləri razı salmayıb.
Publika.az-ın verdiyi xəbərə görə, ermənilərin armenianreport.com saytı S.Lavrovun açıq şəkildə rəsmi Bakının mövqeyi ilə razı olduğunu yazıb.
“Rusiya xarici işlər naziri faktiki olaraq söylədi ki, Dağlıq Qarabağ işğal edilmiş ərazidir. Ən böyük faciə və xuliqanlıq isə Sərkisyan və bütün hakimiyyətlə bağlıdır. Onlar bizi aldadırlar və bundan qızarmırlar”, - xəbər saytı bildirir.
Xatırladaq ki, S.Lavrov Ermənistan Gömrük İttifaqına indiki Ermənistan kimi daxil olacağını, Dağlıq Qarabağın bu məsələyə hər hansı aidiyyətının olmadığını bildirmişdi. “Bunu Ermənistan prezidenti də dəfələrlə söyləyib”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.
Qeyd edək ki, hələ ötən ilin dekabr ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında "yol xəritəsi"ni xüsusi rəylə imzalamağa hazır olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri haqqında məsələ aydınlaşma tələb edir.
"Ermənistan üzrə "yol xəritəsi" ümumilikdə razılaşdırılıb, güman edirəm ki, onu qəbul etmək mümkündür. Bununla yanaşı, Gömrük İttifaqının Ermənistandan keçəcək sərhədi barədə məsələ Dağlıq Qarabağ problemi ilə əlaqədar açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə "yol xəritəsi"ni imzalayacağıq, lakin məlumat veriləcək xüsusi rəylə", - N.Nazarbayev vurğulamışdı.
Bu məsələ may ayının 29-da Astanada keçirilən və Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqavilənin imzalandığı sammitdə də qaldırılıb. N.Nazarbayev Ermənistanın quruma üzvlüyü gündəmə gələrkən Azərbaycan prezident İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktub barədə məlumat verib. Məktubda Ermənistanın Avrasiya İttifaqına qəbulunun bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyü bildirilir və bunun təsisçi dövlətlər tərəfindən diqqətə alınması xahiş olunurdu.
İndiyədək rəsmi Yerevan sözügedən quruma üzvlüyə məhz separatçı Dağlıq Qarabağla birgə qoşulmağa can atıb. Əks halda isə, Ermənistan ilə işğal olunan Azərbaycan torpaqları arasında gömrük məntəqələrinin qurulması tələb olunacaq.
Ömər Dağlı
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...