• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Elçin Mirzəbəyli: “Kim səhv edəcəksə, hüququn dili işə düşməlidir”

  • Nida.az
  • 30 Avqust 2014 11:33
  • 1 537 Baxış
Elçin Mirzəbəyli: “Kim səhv edəcəksə, hüququn dili işə düşməlidir”

“Milli və dövlətçilik maraqlarının mətbuatda qorunması, informasiya təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi baxımından, cənab Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən görüş çox əhəmiyyətli idi”.

Publika.az-a açıqlamasında bu sözləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin avqustun 29-da keçirilən müşavirəsi haqqında danışarkən deyib.


Baş redaktor son cəbhə hadisələrində Azərbaycan mətbuatının böyük qisminin bir sıra informasiyaların verilməsində səhvə yol verdiyini qeyd edib. O, böyük iddiası olan bəzi mediaların yanlışlığa yol verməsindən təəssüfünü dilə gətirib.

Müşavirənin əhəmiyyətli olduğunu deyən E.Mirzəbəyli bildirib ki, müşavirədə media üçün milli və dövlət maraqları istiqamətlərində konkret məqamlar səsləndirildi: “Görüşdə təkcə təhlükəsizlik məsələsi və Müdafiə Nazirliyi haqqında deyil, digər mühüm məsələlərlə bağlı fikirlər səsləndirildi. Özümün rəhbərlik etdiyim media bu məsələlərdə qüsurlara yol verməsə də, əlavə nəticələr çıxardıq. Hesab edirik ki, gələcək fəaliyyətimizi cənab Ramiz Mehdiyevin səsləndirdiyi tövsiyələr istiqamətində davam etdirəcəyik. Hər zaman olduğu kimi milli və dövlət maraqlarımıza xidmət edəcəyik”.


E.Mirzəbəyli əlavə edib ki, bu görüşdən sonra eyni səhvlərə yol verənlər barədə hüququn dilində danışmaq lazımdır: “Müşavirədən hər kəs özü üçün nəticə çıxardı. Əgər kimsə nəticə çıxarmayacaqsa, o zaman qanunvericilik işə düşməlidir. Müşavirədə də vurğulandı ki, Azərbaycan dövləti milli və dövlət maraqlarında bundan sonra humanistlik etməyəcək. Hesab edirəm ki, bu doğru yanaşmadır. Kim səhv edəcəksə, hüququn dili işə düşməlidir”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR