Nida.az
Elmar Məmmədyarov AŞ PA-nın sessiyasında çıxış edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurası adından çıxış edəcək. Bu barədə Trend Assambleyanın rəsmi saytına istinadən məlumat verir.
E.Məmmədyarov Şuranın son fəaliyyəti ilə bağlı hesabat verəcək və parlamentarilərin suallarını cavablandıracaq.
Məlumata əsasən, AŞ PA qarşıdakı payız sessiyasında Ukraynadakı mövcud böhranı və neonasizmə qarşı fəaliyyəti yenidən müzakirə etməyi planlaşdırır. Bununla yanaşı, AŞ PA-ya sessiya çərçivəsində "İslam Dövləti" qruplaşması tərəfdən təhdid məsələsini, habelə xristian və digər dini icmaların nümayəndələrinə qarşı zorakılıq problemini nəzərdən keçirmək təklifi daxil olub. Həmin mövzular üzrə yekun qərar hələ qəbul edilməyib.
Sessiya çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə mövcud vəziyyət üzrə debatlar təşkil etmək, həmçinin Gürcüstan və Albaniya üzrə monitorinq məruzələrini dinləmək planlaşdırılır.
Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək davam edəcək.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO