Rusiyalı ekspert: “Müharibəyə başlamaq Azərbaycana sərf etmir”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Müharibəyə başlamaq Azərbaycana sərf etmir”

“Rusiya üçün Azərbaycan regionda strateji partnyordur. Moskva Cənubi Qafqazda Bakının liderliyini tanımağa və onun maraqlarını nəzərə alaraq hərəkət etməyə məcburdur”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyada ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.


Ekspert hesab edir ki, Rusiyanın Ermənistanı müəyyən mənada himayə etməsi Azərbaycanın incikliyinə səbəb olur: “Bunun da bir neçə səbəbi var, misal üçün, Rusiya Xarici İşlər Nazirliyində güclü erməni lobbisinin olması kimi. Bundan başqa, Rusiya Azərbaycanın müstəqil xarici siyasət aparmasını qısqanır. Bu, keçmiş imperiya düşüncəsinin qalıqlarıdır. Axı necə ola bilər ki, onun güclü opponentləri ilə Bakı bərabər şəkildə münasibət qura bilib. Belə fikir var ki, hansı ki bu, səhv fikirdir, Qarabağı Bakıya verməklə Moskva Azərbaycanı ələ alacaq, Yerevansa Rusiyadan uzaqlaşacaq. Bu, səhv yanaşmadır”.


V. Arkov qeyd edib ki, Cənubi Qafqazda sabitliyi pozmağa maraq oyanıb, o cümlədən Qarabağ münaqişəsinin yenidən alovlandırılması cəhdləri görünür.


“Bəlkə də, azərbaycanlılar təəccüblənəcək, amma onu deyə bilərəm ki, Ermənistanda yenidən müharibənin olmasında heç maraqlı deyil. Ermənistanın müharibə bəyanatları daha çox daxili siyasətə hesablanmış populist çıxışlardır. Bir reallıq var. Rusiya Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatında öhdəliklərinin olmasına baxmayaraq, müharibə olacağı təqdirdə, Ermənistana yardım etməyəcək. İndiki aspektdə ermənilər anlayırlar ki, Azərbaycandan əhəmiyyətli dərəcədə zəifdirlər. Bilirlər ki, müharibə olsa, bütün işğal etdiklərini geri qaytarmaq məcburiyyətində qalacaqlar. Digər tərəfdən, indiki vəziyyətdə müharibəyə başlamaq Azərbaycan üçün əlverişsizdir. Çünki beynəlxalq aləmdə qəbul elətdirə bilib ki, o, erməni təcavüzünə məruz qalıb. Əgər hücum etsə, baxışlar dəyişəcək”, - deyə o bildirib.


Ekspert Cənubi Qafqazda Türkiyənin siyasətinə də toxunub: “Ankara son dövrlər Cənubi Qafqazda öz mövqeyini gücləndirir. Lakin region üzərində Moskva və Ankaranın aşkar rəqabətinə baxmayaraq, hər iki tərəfin əməkdaşlığı regionda dünyanın güc balansını saxlamağı təmin edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm