Nida.az
“Bu, bir daha təsdiq edir ki,...” – Ramiz Mehdiyev (YENİLƏNDİ)
Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev bu gün ikinci statusunu da paylaşıb.Statusda deyilir :"Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır.
Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bu günü və gələcək inkişafına həsr olunmuşdu. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”.
16.00
Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev “Facebook” səhifəsində oxuculara müraciət edib.
Publika.Az-ın məlumatına görə, PA rəhbəri R.Mehdiyeb yazıb: “Şərhlərdən görünür ki, facebook səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Bu, bir daha təsdiq edir ki, azad internetin mövcud olduğu Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğunda böyük məsafə qət edib”.
Vasif Həsənli
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO