Başqanlığa namizəddən şok müraciət: “Müsavatda avtoritarizm çiçəklənir”
Bizi izləyin

Nida.az

Başqanlığa namizəddən şok müraciət: “Müsavatda avtoritarizm çiçəklənir”

Müsavat başqanlığına namizəd Səxavət Əlisoy partiyanın ziyalı kəsiminə müraciət edib.


Publika.az xəbər verir ki, başqanlığa namizəd müraciətində olduqca maraqlı məqamlara toxunaraq bildirir ki, 3 gündən sonra qurultaydır: “Azərbaycanın siyasi həyatında Müsavat yeni bir ilkə imzasını qoydu. Partiya alternativ əsaslarla seçkiyə gedir. Hər biriniz hansı namizədə səs verəcəyinizi, yəqin ki, müəyyən edibsiniz. Bir daha götür-qoy etmənizə zaman var. Nədən ki, seçiminiz partiyanın formalaşmasında önəmli rol oynayacaq. Fikrimcə, diqqətlə təhlil etsəniz, partiyanın iki yolunun olduğu aydın görünər: Birincisi, partiya dünyanın hər hansı bir ölkəsində baş verən inqilabdan bəhrələnərək icazəli, icazəsiz aksiyalara üstünlük verir, populist şüarlar səsləndirərək ictimai rəyə təsir etmək istəyir, gücünə adekvat olmayan tərzdə tələblər irəli sürür, partiyada avtoritarizm çiçəklənir və s.

İkincisi, partiya təkamül yolunu tutaraq islahatlara gedir. Bütün məsələlərin hüquqi müstəvidə həlli üçün fəaliyyət göstərir. Hər cür inqilabi çağırışlardan və populizmdən biryolluq imtina edir. Qərarlar yalnız bir-iki şəxsin iradəsindən asılı olmur. Partiya gücünə adekvat addımlar atır”.


S. Əlisoy özünün ikinci yolu məqbul saydığını bildirib.


“Çünki mübarizəni yalnız bu yolla davam edəcəyi halda uğur gətirəcəyinə inanıram”, - deyə o qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm