Nida.az
Müsavatda ilk istefanın anonsu verildi: “Arif Hacılının “çətəsi”...”- Müsahibə
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoyun Publika.az-a müsahibəsi
- Səxavət bəy, qurultayda son anda Qubad İbadoğlunun
xeyrinə geri çəkildiniz. Bu əvvəldən verilmiş qərar idi,
yoxsa...?
- Xeyr, mən bu qərara qurultayın gedişində gəldim. Qubad bəyin
qurultaydakı çıxışına qulaq asdım, bir daha gördüm ki, biz eyni
fikirdəyik. Bu addımı atdım və heç də peşman deyiləm. Bəziləri
başqa cür düşünür. Hesab edirlər ki, mən geri çəkilməməli idim və
müəyyən səs toplamaqla, seçkini ikinci tura daşıya bilərdim. Amma
nəticədən asılı olmayaraq, heç də peşman deyiləm.
Mən islahat tərəfdarıyam. Bir tərəfdə islahatçılar, digər tərəfdə
populist və şüarçılar idi. Dəyişmək, yenilənmək istədik, lakin bu
baş tutmadı.
- Belə fikir yaranır ki, iki namizəd Arif Hacılıya qalib
gələ bilmədi. Ya siz zəif idiniz, ya da partiya sizin dediyiniz
yeniliyə hazır deyildi.
- Partiya yeniliyə hazır deyil. Çünki Arif Hacılı 6 ildir ki,
partiyada Mərkəzi İcra Aparatının rəhbəri, seçki qərargahının sədri
kimi 10-15 vəzifə daşıyıb. Bütün rayon təşkilatlarında, Mərkəzi
İcra Aparatında olan Arif Hacılının “çətəsi” qurultayların,
konfransların keçirilməsini monopoliyada saxlayıblar və özlərinə
lazım bildikləri adamları qurultaya seçmişdilər. İki il bundan
qabaqdan qurultaya nümayəndələrin seçilməsinin məqsədi də bu idi
ki, onlar Arif Hacılıya səs versinlər. Daha doğrusu, onları
seçdirmişdilər.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi də Mərkəzi İcra
Aparatının funksionerləri, məmurlarından ibarət idi. Son 2 il
ərzində qurultay məsələləri birbaşa Arif Hacılının özünün nəzarəti
altında olmuşdu. Özünə məqbul saydığı şəxsləri də nümayəndə olaraq
seçdirmişdi. O şəxslərin də baş populist olan Arif Hacılının
fikirlərinin ziddinə getməsi qeyri-mümkün idi.
- Bəy, partiyadan getmək kimi fikirlər varmı, göründüyü
kimi, narazılıq özünü göstərir?
- Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da
düşünür. Mən partiyanın qanuni, hüquqi müstəvidə fəaliyyətinin
tərəfdarıyam. Amma bu dəstə meydanlara çıxmaq, icazəsiz aksiyalar
istəyir. 90-cı illərdə də belə idi. Ondan qabaq Kommunist
Partiyasında da hamı alqışlayır, lakin insanlar pis gündə
yaşayırdı. İndi də eyni vəziyyətdədir. Partiyanın bərbad günə
qalmış strukturlarının vəziyyətinə görə Arif Hacılı günahkardır.
Populist, şüarçılarla islahatçıların eyni komandada işləməsi
düşündürücü haldır. Bəzi dostlarımız mənə müraciət ediblər,
bəziləri məsləhət istəyirlər. Amma gələcək fəaliyyət fərdi olaraq
verilən qərardır.
Mən ömrümü şüarçılığa, populizmə həsr etmək istəmirəm. Gələcək
fəaliyyətim haqqında yaxın günlərdə açıqlama verəcəm.
- Partiyada yaranmış vəziyyətə İsa Qəmbərin münasibəti
necədir?
- Bundan sonra İsa bəyin nə deməsi də mənim üçün önəmli deyil.
Asif Nərimanlı
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...