Nida.az
Rəsmi Bakı: Ermənilər bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur
Ermənilər özlərini aldatmamalı və bilməlidirlər ki, Dağlıq
Qarabağın Azərbaycansız gələcəyi yoxdur. Trend xəbər verir ki, bunu
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman
Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər
üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanla danışıqlarda
konkretsizlik nümayiş etdirməsi Dağlıq Qarabağ probleminin həllində
problem yaradır: "Bu gün problem Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin bərpası deyil. Problem Ermənistanın danışıqlarda
lazım olan istiqamətdən qaçmasıdır. Azərbaycanın ərazi bütövlüyünün
və suverenliyinin bərpasının gec-tez baş verəcəyini Ermənistan
rəhbərliyi özü də yaxşı bilir. Onlar bilirlər ki, bu, bir gün
mütləq olacaq. Sadəcə, Ermənistan rəsmiləri hazırda öz mənafeləri
naminə "bu günlük yola vermək siyasəti"ni yürüdür. Bizim də
məqsədimiz odur ki, beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraq ki,
Ermənistan bu gün konkretlikdən qaçır".
E.Abdullayev qeyd edib ki, Ermənistanın ümumiyyətlə, münaqişənin
həlli prosesində çaşqınlığı var. Hətta Ermənistanın Dağlıq Qarabağı
müstəqil dövlət kimi tanımaması da ondan irəli gəlir ki, onu hansı
hüdudlar çərçivəsində tanıyacağını bilmir: "Ermənistanın mövqeləri
həm hüquqi, həm siyasi, həm də regiondakı liderliyi baxımından çox
əsassız və zəifdir. Elə ona görə də Ermənistan danışıqlar
prosesində ləngər vurur. Ermənistanın bu mövqesizliyi onu olduqca
çətin vəziyyətə qoyur. Bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələri
də yaxşı dərk edir".
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"