Nida.az
Mübariz Qurbanlı: “Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil”
“Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir”.
Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüşü zamanı bildirib.
Azərbaycanın unitar, hüquqi, demokratik və dünyəvi dövlət olduğunu nəzərə çatdıran M. Qurbanlı bildirib ki, ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı, “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır.
DQİDK-nin təsis olunmasının başlıca məqsədinin dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarət olduğunu vurğulayan komitə sədri burda bir incə məqamın olduğunu dilə gətirib: “Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir”.
Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait olduğunu deyən M. Qurbanlı Azərbaycanın tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında olduğunu qeyd edib: “Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik”.
Mübariz Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri rayon ərazisində yerləşən Mir Mövsüm ağa ziyarətgahında olub.
Gülnar Əliyeva
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO