“T hərfi artırmaqla nə olacaq?”- Komitə sədrindən etiraz
Bizi izləyin

Nida.az

“T hərfi artırmaqla nə olacaq?”- Komitə sədrindən etiraz

“Milli Məclis elə millətin məclisidir. Milli Sözünü sonuna "t" hərfi artırmaqla nə olacaq? Burda ayrı millətdən danışmırlar ki, Azərbaycan millətindən danışırlar”.Bu barədə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov Publika.Az


“Milli Məclis elə millətin məclisidir. Milli Sözünü sonuna "t" hərfi artırmaqla nə olacaq? Burda ayrı millətdən danışmırlar ki, Azərbaycan millətindən danışırlar”.Bu barədə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov Publika.Az –a açıqlamasında Milli Məclisin adının Milət Məclisi qoyulması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, parlament ali qanunvericilik orqandır: “Yəni Milli Məclis Ali Məclis sayılır. Misal üçün Naxçıvanda da Ali Məclisdir. Bir sıra ölkələrdə də belədir. Özbəkistanda da parlament “Oli Meclis”, yəni Ali Məclisdir. Milli Məclisin Ali Məclis adlandırılması daha uyğundur, nəinki Millətin Məclisi. Çünki burda qanunun aliliyindən söhbət gedir”.

E. İbrahimov bildirib ki, Milli Məclisin adı konstitusiyada belədir.“İndi konstitusiyada dəyişiklik etməliyik?! Milli Məclisin adının Millət Məclisi qoymağa dəyməz”-deyə komitə sədri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm