İstanbuldakı Baş konsulumuz Mahir Zeynalovun deportasiyasından danışdı
Bizi izləyin

Nida.az

İstanbuldakı Baş konsulumuz Mahir Zeynalovun deportasiyasından danışdı


“Mahir Zeynalovun deportasiyasına təəssüflənirəm, lakin bu iş bununla yekunlaşmır. Hər iki ölkənin XİN-i məsələni araşdırılır”.Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov Publika.Az –a açıqlamasında “Todays Zaman” qəzetinin azərbaycanlı əməkdaşı Mahir Zeynalovun Türkiyədən deportasiyana münasibət bildirərkən deyib.

Baş konsul qeyd edib ki, məsələnin araşdırılmasında maraqlıdırlar: “Çünki buz bizim adımıza, imicimizə mənfi təsir edir. Bu məsələ hər iki ölkə mətbuatında, eləcə də dünya KİV-lərində əsas gündəmdir. Biz istəməzdik ki, Azərbaycanın adı belə məsələlərdə hallansın. Lakin problem varsa bu da yoluna qoyulmalıdır. Bu baxımdan, məsələnin həqiqətən də yazıldığı, deyildiyi kimi olub-olmamasını araşdıracağıq. Azərbaycan və Türkiyə qardaş ölkədir, qardaşlar arasında problemlər olmaz. Əgər nəsə xoşagəlməz hal baş verirsə bunun həll yolları da var”.
H. Zeylanov qeyd edib ki, M. Zeynalov jurnalistdir və bir neçə ildir ki, Türkiyədə yaşayıb işləyir. Onun sözlərinə görə, azərbaycanlı jurnalist Türkiyənin daxili işlərinə qarışıb.

“Lakin həmin jurnalistin bunu etməsi Azərbaycanın da bu istəkdə olması deyil. Sadəcə olaraq o bizim vətəndaşdır, bu baxımdan məsələni araşdırmalıyıq. Nə qədər xoşagəlməz olsa da, belə bir məsələ artıq baş verib. Hər şey araşdırılıb ortaya çıxandan sonra daha konkret danışmaq mümkündür”-deyə baş konsul vurğulayıb.

Qeyd edək ki, Mahir Zeynalovun deportasiyasına səbəb kimi Türkiyə hökumətinin əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi göstərilir. Məlumatlara görə, M. Zeynalov qəzetdə Türkiyə hökumətinin “Əl Qaidə” terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib. Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.
M. Zeynalovun özü isə tvitter hesabında belə yazıb: “Yüzlərlə milyon başın fəda olduğu müqəddəs bir həqiqətə başımız fəda. Dünyanı başımıza yıxsanız da, bu müqəddəs vəzifədən vaz keçməyəcəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm