Elman Fəttah: “Fraksiya yaratmaq nizamnaməyə uyğun deyil”
Bizi izləyin

Nida.az

Elman Fəttah: “Fraksiya yaratmaq nizamnaməyə uyğun deyil”

“Partiya nizamnaməsində fraksiya yaratmaq məsələsi yoxdur. Nizamnamədən kənar addım atmayacaqlarını deyirlərsə, deməli fraksiya da olmamalıdır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah seçkilərdən narazı qalanların fraksiya yaratmaq istəklərini şərh edərkən deyib.


Başqan müavini Müsavatda təhlükəli proseslərin getmədiyini düşünür. Onun sözlərinə görə, heç kim Arif Hacılıya qarşı birləşməyib: “Mən hansısa birləşməni müşahidə etmirəm. Narazı tərəflər var və onlar da öz etirazlarını bildirirlər. Amma say etibarilə onlar çox deyil. Biz onların şikayətlərini hər zaman dinləməyə hazırıq”.


E. Fəttah Qubad İbadoğlunun Müsavat Məclisinin bəyanatının MNTK-nın işinə təzyiq kimi qiymətləndirməsinə də münasibət bildirib: “MNTK qurultayın yaratdığı müstəqil orqandır, onun Məclisə hər hansı tabeçiliyi yoxdur. Nəinki Məclisin, Müsavat başqanının da bu quruma təsir göstərmək imkanı yoxdur. Məclisdə qəbul edilən bəyanat isə üzvlərin ümumi rəyini ehtiva edir. Bu, mətbuatda və sosial şəbəkədə plüralizmdən kənara çıxan ittihamlara iradlar idi. Orada kəskin ifadələr də yoxdur. Sadəcə, Məclis vurğulayıb ki, partiya üzvlərinin aşağılayıcı ifadələri təəssüf doğurur”.


Qeyd edək ki, Qubad İbadoğlunun seçkilərdə rəqibi olan Tural Abbaslı ilə birləşərək yeni başqan Arif Hacılıya qarşı birgə mübarizə aparacağı barədə xəbərlər yayılıb. Məlumatlara görə, tərəflər fraksiya yaradacaq. Tural Abbaslı fraksiya təkliflərinin olduğunu təsdiqləyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm