Rusiyalı ekspert: “Bakı və İrəvan masa arxasında hələ çox mübahisə edəcək”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Bakı və İrəvan masa arxasında hələ çox mübahisə edəcək”

“Ukrayna böhranı fonunda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində ayrılıqda hərəkət etməsi olduqca mənfi haldır”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Sergey Markedonov deyib.


Onun sözlərinə görə, həmrəylik olmasa, münaqişənin dalana dirənməsi situasiyası daha da uzanacaq: “Amerikalılar ayrı, fransızlar ayrı, ruslar da ayrılıqda münaqişənin həli üçün addımlar atırlar. Bu da ümumiyyətlə mənfi olan vəziyyəti daha da pisləşdirir. Mən hər üç həmsədr ölkənin heç nəyə baxmayaraq bir yerdə hərəkət etməsini arzu edərdim. Lakin bunun yaxın gələcəkdə mümkün olacağı görünmür”.


Rusiya ekspert Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın zamanlarda mümkünsüz olduğunu da bildirib.


“Nə Bakıda, nə də İrəvanda hansısa güzəştlərdən söhbət belə getmir. Heç bir tərəf öz mövqeyindən bir addım belə geri çəkilmək istəmir. Bunun fonunda həmsədr ölkələri də fikir ayrılığı yaşayır. Deməli, regionun sabitliyinə təhlükə olan münaqişə hələ yaxın illərdə də həll edilməyəcək. Ən yaxşı halda tərəflər masa ətrafında oturub mübahisə edəcəklər”, - deyə o bildirib.


Rusiyalı ekspert Paris görüşünü də nəticəsiz addım adlandırıb.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm