Nida.az
“Kimsə söyməyi söz azadlığı hesab edirsə...” – Müsavatdan İbadoğluya sərt reaksiya
“Partiyanın proqram və nizamnaməsinə zidd olan hərəkətlərə yol verməməlidirlər. Tənqid ayrı, təhqir ayrı şeydir”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının
müavini Gülağa Aslanlı narazı kəsimin sərgilədiyi mövqeyə münasibət
bildirərkən deyib.
Başqan müavini narazıları nizamnaməyə əməl etməyə çağırıb.
“Müsavat Partiyasının üzvləri quruma daxil olarkən nizamnaməni qəbul elədiklərini bildirirlər, ona görə də onlar nizamnamənin tələblərinə cavab verən hərəkətlər eləməli, etik normaları gözləməlidirlər. Divanın son bəyanatında da məhz nizamnaməni pozanlara xəbərdarlıq edildi ki, pozuntulara son qoysunlar. Pozuntulara yol verən adamlarla bağlı məsələ nizamnamə tələbinə uyğun olaraq müzakirə oluna bilər. Burada qətiyyən söz azadlığına məhdudiyyət yoxdur. Kimsə başqasını söyməyi söz azadlığı hesab edirsə, yaxud nizamnamənin tələblərini qəbul etməməyi hüquq sayırsa, qərarla razı olmadığını söyləsə də qərarın yerinə yetirilməsinin onun üçün vacib oludğunu bilməlidir. Müsavat Partiyasının qurultayını nizamnamə tələbi ilə qəbul edən insanlara həmişə qapımız açıqdır. Kimsə bundan narazı qalıbsa və əlində bu narazılıqları təsdiq edən faktlar varsa, onu təqdim eləsin və həmin faktları onların iştirakı ilə də müzakirə edək”.
“Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir yerdədir”
G. Aslanlı qeyd edib ki, bütün dünyada qəbul olunmuş normalara
əsasən siyasi partiya üzvləri nizamnamə çərçivəsində hərəkət
eləməlidir: “Mən qurultayın nəticəsini tanımıram”, “Mənim başqanım
Qubad İbadoğludur” deyən müsavatçı nizamnaməni kobud şəkildə pozur
və Qubad İbadoğlu həmin adamlarla səhərdən axşama qədər bir
yerdədir”.
Başqan müavini Vurğun Əyyubun “Hansı ideoloji-siyasi xəttə zidd
hərəkətlərindən söhbət gedir?” sualını da cavablandırıb: “Söhbət
birbaşa fraksiyanın yaradılması istiqamətində düşünülən addımlardan
gedir”.
G. Aslanlı noyabrın 17-də nəzərdə tutulan Divanına dəvətlilərin
bundan imtinasına da aydınlıq gətirib: “İştirak edib-etməmək
onların hüququdur, iştirak etməyə də bilərlər. Divan da bu məsələni
nizamnamə çərçivəsində həll edəcək”.
Qeyd edək ki, Müsavat Divanının narazılara qarşı sərt bəyanatı və
Səxavət Əlisoyla Əlövsət Talışxanlının qərargaha dəvət edilməsi
partiyada yeni qarşıdurmaya səbəb olub.
Qubad İbadoğlu Divanın bəyanatını repressiv addım adlandırıb.
“Müsavatın yeni rəhbərliyinin əsas fəaliyyəti partiyanın
gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib.
Divanın yaydığı bəyanat və iki nüfuzlu müsavatçının azad şəkildə
ifadə etdikləri fikirlərinə görə izahat almaq tipli dəvət olunması
bunun sübutudur”, - deyə o bildirib.
Səxavət Əlisoy dəvəti qəbul etməyəcəyini bildirib. Onun fikrincə,
bu fraksiya tərəfdarlarını bölmək cəhdidir.
Asif Nərimanlı
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO