Nida.az
Helikopter təxribatı kimə və niyə lazım idi? – Rusiya nəşrindən ƏDALƏTLİ versiya
Azərbaycanın işğal edilmiş ərazilərində hava məkanını pozan Ermənistan helikopterinin vurulması mövcud situasiya ilə yanaşı, bir sıra siyasi versiyaları da gündəmə gətirir. Əsas sual Ermənistan helikopterinin işğal edilmiş ərazilərdə təmas xəttinin üzərindən niyə uçmasıdır.
Publika.az xəbər verir ki. Rusiyanın “Vestik Kafkaza” nəşri bununla bağlı maraqlı versiya ilə çıxış edib.
Nəşrə görə, Azərbaycan bu addımı beynəlxalq qanunlara və aviasiya
haqqında konvensiyalara uyğun olaraq atıb: “Beynəlxalq
konvensiyalar işğal edilmiş ərazilərdə hərbi manevrlər edən
helikopterin vurulmasında Bakının haqlı olduğunu göstərir. Halbuki
helikopter uçuşları birinci dəfə deyildi. Bu regionda münaqişənin
alovlanmasına səbəb ola bilər. Amma burda əsas günahkar Bakı yox,
İrəvandır”.
Əksər ekspertlər bunu İrəvanın təxribatı hesab edir. Maraqlıdır, bu
təxribat kimə və nə üçün lazım idi?
Nəşr Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti
Serj Sərkisyanın Paris görüşünü xatırladır: “Parisdə ATƏT-in Minsk
qrupunun həmsədrlərinin də qoşulduğu bəyanatda Qarabağ ətrafında
mövcud status-kvonun yolverilməzliyinin qəbuledilməz olduğu və sülh
danışıqlarının davam etdirilməsi açıq şəkildə bildirilir.
Bu çağırış Azərbaycan tərəfindən tamamilə dəstəklənir, İrəvan isə
müsbət cavab vermir.
Paris görüşündən 10 gün sonra işğal edilmiş ərazilərdə
genişmiqyaslı hərbi manevrlər başlanır. Hərbi təlimlərdə təxminən
40 min Ermənistan əsgəri, 2 mindən çox artilleriya sistemi, 800-dən
çox zirehli texnika iştirak edirdi.
Əminliklə demək olar ki, işğal edilmiş ərazilərdə keçirilən hərbi
təlim İrəvanın münaqişənin diplomatik yolla həllindən imtina etməsi
ilə bağlı açıq çağırış idi. Manevrlərin özü əvvəldən böyük təxribat
olsa da, dünya yalnız Ermənistan helikopterinin vurulmasından sonra
məsələyə diqqət yetirdi.
İrəvanda iddia edirlər ki, helikopter döyüş komplektinə malik
olmayıb. Lakin yuxarıdan uçan helikopterin silahsız olub-olmamasını
müəyyən etmək mümkün deyil. Buna görə də Azərbaycan tərəfi “İqla”
zenit-raket kompleksindən istifadə edərək “Mi-24” helikopterini
nizamnaməyə uyğun olaraq vurub.
Əlbəttə, Ermənistan öz vətəndaşlarını helikopterlə təmas xəttinə
göndərəndə də bunun təhlükəli olduğunu anlayıb. Onlar bunun siyasi
miqyasda nəyə gətirib çıxaracağını da bilirdilər. Çünki təmas
xəttində gərginlik o vəziyyətdədir ki, istənilən təxribat
döyüşlərin bərpa edilməsi ilə nəticələnə bilər. Təxribat təkcə
bununla bitmir. Ümumiyyətlə, işğal edilmiş ərazilərdə hərbi
manevrlər ən böyük təxribat idi”.
Asif Nərimanlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi