Nida.az
MSK-dan seçkilərlə bağlı daha bir kitabça
Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a
verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin
hazırlanmasında məqsəd məntəqə seçki komissiyaları üzvlərini seçki
günü prosedurları barədə daha ətraflı məlumatlandırmaqdır.
Yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun
məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb.
Müraciətdə MSK sədri ölkəmizin ictimai-siyasi həyatında mühüm
hadisə olan bələdiyyə seçkilərinin Seçki Məcəlləsinin tələblərinə
uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük
vəzifə düşdüyünü xatırladır və seçkilərin azad, ədalətli və şəffaf
keçirilməsinin təmin edilməsində onlara uğurlar arzulayır.
Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.
Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.
“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Asif
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?