Nida.az
Azərbaycan prezidenti BBC Global News-un baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik
etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində
gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verib. O,
Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf
prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı
auditoriyasına çatdırılmasının önəmini vurğulayıb.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi
uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə
nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi
istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə
əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı
nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi,
mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz
informasiyanın çatdırılmasının önəmini vurğulayıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?