Nida.az
Fyodor Lukyanov: “Dağlıq Qarabağ münaqişəsi bir gün partlayacaq”
Bir neçə gün öncə Bakıda səfərdə olmuş “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru, politoloq Fyodor Lukyanov bölgədəki geosiyasi durum və Azərbaycanla bağlı fikirlərini bölüşüb.
“Azərbaycan anoloji problemlərlə rastlaşır”
Publika.az Rusiya mediasına istinadən xəbər verir
ki, F. Lukyanova görə, Azərbaycan hazırkı vəziyyətinə görə Rusiyanı
yaxşı anlayır: “Bu ölkə anoloji problemlərlə rastlaşır. Qlobal
şəraitlə bağlı çağırışlar, post-sovet məkanında münaqişələr,
dünyada aktual olan ərazi bütövlüyünün pozulması, eləcə də neft
qiymətlərinin daim oynaması bu ölkəyə yad deyil. Rusiya kimi
Azərbaycan üçün də neftin qiyməti önəmlidir, çünki büdcənin əsas
hissəsini məhz “qara qızıldan” əldə olunan gəlirlər təşkil edir.
Rəsmi Bakı bu sahədən əldə etdiyi kapitalı ölkənin müxtəlif
sahələrinə şaxələndirilmiş formada paylayaraq ümumi inkişafı təmin
edir”.
“Ukrayna hadisələri Azərbaycana birbaşa toxunmur, lakin
təsirləri də mövcuddur”
Onun sözlərinə görə, artıq “post-sovet məkanı” anlayışı dəyişir:
“Bu anlayış daha çox şablon olaraq istifadə olunur. Çünki artıq
vahid bir sahə yoxdur. Bu məkana daxil olan ölkələr vaxtilə bütöv
bir dövlətin hissəsi idi. İndi isə hər bir ölkə müxtəlif vektorlar
üzrə qarışıq formada hərəkət edir. Lakin bu ilin son hadisələri
sübut etdi ki, bizdə hələ də ümumi bir tale deyilən ortaq məqamlar
var. Misal üçün, Ukrayna hadisələri Azərbaycana birbaşa toxunmur,
lakin təsirləri də mövcuddur. Axı bu problemi Azərbaycan 20-25 il
öncə yaşayıb. Azərbaycan SSRİ dağılandan sonra ilk ərazi
problemləri ilə qarşılaşan ölkə idi”.
“Moskva Bakıya diqqəti artırmalıdır”
F. Lukyanov Rusiyanın yeni vəziyyətdə ölkələrə diqqəti ikiqat
ayırmasının vacibliyini irəli sürüb. Onun fikrincə, ötən ilin
hadisələri bunu sübut edir: “Xüsusilə, münasibətlərin yeni
formalaşdığı, amma hələ də “əyri-üyrü” xətlə irəlilədiyi ölkələrə
diqqət artırılmalıdır. Bu prosesdə bir enmə var. Lakin ümumi
potensial hələ tam istifadə edilməyib. Ukrayna hadisələri göstərdi
ki, post-sovet məkanında bir çat yeri olanda, bu, vakuum kimi
digərlərini də öz içinə çəkir. Dövlətlərarası münasibətlərə
metaforanı aid etmək nə dərəcədə doğru olduğunu bilmirəm, amma belə
cırıqları vaxtında və möhkəm yamamamaq lazımdır. Bu gün Azərbaycan
Rusiya ilə işləməyə hazırdır, lakin Moskva gərək diqqəti bir qədər
də artırsın”.
“Dağlıq Qarabağ münaqişəsi bir gün partlaya və regiona
kataklizimlərə gətirib çıxara bilər”
Baş redaktora görə, Azərbaycan-Rusiya münasibətlərinin
möhkəmlənməsinə səbəb olacaq “düzgün yamağın” Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasıdır.
“Aydın və məntiqli səbəblərə görə, bu münaqişə uzun müddətdir
ümidsiz halda qalıb. Xarici güclər bununla məşğul olmaqda davam
edir. Ukrayna hadisələri həll olunmamış gizli münaqişələrin
təhlükəli olduğunu göstərdi. Məsələn, Krım uzun müddət gizli
şəkildə qaldı və bir gün partladı. Dağlıq Qarabağ münaqişəsi də
belədir və bir gün partlaya, regionda ciddi kataklizmlərə gətirib
çıxara bilər”, - deyə politoloq vurğulayıb.
Rusiyalı politoloq Qarabağ münaqişəsinin həll edilməsinin
çətinliyinə diqqət çəkib. Onun sözlərinə görə, mövcud status-kvo
uzun müddətdir davam edir və bu artıq özünü doğrultmur: “Bəlkə də,
indiyə qədər qarşıdurmanı müəyyən qədər saxlayıb. Lakin artıq
geosiyasi mənzərə dəyişib. Təkcə Ukrayna deyil, Yaxın Şərq, İŞİD,
Kürdüstan kimi problemlər dünya üçün aktual olaraq qalır. Belə bir
vaxtda Qarabağda hər şeyi olduğu kimi saxlamaqla qarşıdurmanın
önünü kəsməyin mümkün olduğunu demək çətindir. Hesab edirəm ki,
Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə məsələni
həll etməlidir və bu maksimum ehtiyatla edilməlidir. Çexovun
fikrincə desək, əgər səhnədə tamaşanın başlanğıcında tüfəng
asılırsa, o, sonda atəş açacaq”.
Asif Nərimanlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?