Müsavat keçmiş üzvünü polislə hədələdi – Qərargahda şok qalmaqal
Bizi izləyin

Nida.az

Müsavat keçmiş üzvünü polislə hədələdi – Qərargahda şok qalmaqal

Müsavat Partiyasından çıxarılmış Kamil Xəlilbəyli hazırkı rəhbərlik tərəfindən polislə hədələnib.


Publika.az-a açıqlamasında K. Xəlilbəyli partiya üzvlüyünə bərpa olunmaqla bağlı ərizə ilə Mərkəzi Nəzarət-Təftiş Komissiyasına müraciət edib: “Ərizəni təqdim etmək üçün qərargaha getdim. Orda Xuraman Bağırova mənə partiya üzvü olmadığıma görə ərizəmi qəbul etməyəcəyini bildirdi. Amma mənim ötən dəfəki müraciətimi qəbul etmişdilər. Sadəcə olaraq, baxılmadığı üçün mən ərizə ilə müraciət etdim. Mənə “hər yoldan keçənin ərizəsini qəbul etmirik” dedi. Onda mən əsəbiləşdim. Çünki 15 ilimi Müsavata həsr etmişəm. Mənə necə yoldan keçən deyə bilərlər. Onda məni polislə hədələdi. “Getməsən, polis çağıracam" dedi. Mən də qərargahı tərk etdim. Amma bu gün yenidən ərizə ilə müraciət edəcəm”.

K. Xəlilbəyli ərizəsinin qəbul edilməməsinin arxasında başqa səbəblər olduğunu deyib.

“Vaxtın uzanmasını, bir aydan sonra mənim üzvlük haqqımın bitməsini gözləyirlər. Ona görə də ərizəmi qəbul etmirlər” deyə o bildirib.


Müsavat MTNK sədri Sevinc Hüseynova Publika.az-a bildirib ki, K. Xəlilbəyli doğru danışmır: “Müsavatdan xaric edilmiş şəxslər yalnız 6 aydan sonra üzvlük üçün məhkəməyə müraciət edə bilərlər”.


K. Xəlilbəyli isə S. Hüseynovanı nizamnaməni bilməməkdə ittiham edib.


“Bu xanım nizamnaməni bilmədiyi halda MNTK-ya necə rəhbərlik edir?

Xanımın bəhs etdiyi maddə nizamnamənin 1.10. maddəsinin sonuncu abzası olub, partiyadan çıxarılan şəxsin yenidən üzvlük üçün müraciət etmə müddətini əsas tutur. Mən isə ərizəmdə nizamnamənin 1.10. maddəsinin sondan ikinci abzasında göstərilən bir ay içində qərardan şikayət edə bilmə hüququmu əsas tutaraq ərizə ilə müraciət etmişəm. Bu insanlar nizamnamə bilmədən hansı partiya quruculuğundan, hansı mübarizədən və hansı iqtidar ola bilmə istəyindən danışırlar? Partiya rəhbərliyi onların bilik və təcrübəsinə lazım olan qiyməti verib bacarıqsızlarını görmürmü? Görürsə niyə bu qədər biganədirlər? Bu gün yenidən MNTK-ya və MNTK üzvü Xuraman Bağırovanın qanunsuz əməlindən Divana şikayət edəcəyik”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm