Ölkədən getdiyi deyilən Aydın Bəşirov danışdı - ÖZƏL
Bizi izləyin

Nida.az

Ölkədən getdiyi deyilən Aydın Bəşirov danışdı - ÖZƏL

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov müalicə üçün xaricə getməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Sabiq rəis Publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır: “Hazırda evimdəyəm və sizinlə danışıram. Görürsünüz ki, vəziyyətim də yaxşıdır. Mənə nə olub ki, müalicə olunum? Yalandan nə gəldi yazırlar. Mən ölkədən də heç yerə getməmişəm. Azərbaycan mənim vətənimdir. Vətənimdən nə üçün getməliyəm?”

Xatırladaq ki, bəzi saytlar Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə, Azərbaycanı tərk etdiyini yazıb. Sabiq rəisin müalicə üçün Almaniyaya getdiyi iddia olunur: “Bəzi iddialara görə, vəzifəsindən istefaya göndərildikdən bu yana A.Bəşirov səhhətindəki problemlərlə məşğuldur. Onun ölkəyə nə vaxt qayıdacağı açıqlanmayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm