Rusiya Dumasının üzvü: “Moskva Bakını Avrasiya İttifaqına daxil etmək istəmir”
Bizi izləyin

Nida.az

Rusiya Dumasının üzvü: “Moskva Bakını Avrasiya İttifaqına daxil etmək istəmir”

Rusiya Dövlət Dumasının komitə sədri Aleksey Puşkov Bakının Rusiyadan üz döndərəcəyi haqda səslənən fikirlərə münasibət bildirib.


Publika.az xəbər verir ki, Puşkov Azərbaycanın Rusiyanın strateji partnyoru olduğunu açıqlayıb: “Azərbaycan Rusiyaya köklənmiş dostdur. İki ölkənin münasibətləri həm iqtisadi, həm də siyasi sahədə çox yaxşıdır. Bunun fonunda, Azərbaycanın hansısa mərkəzlərə inteqrasiya etmək, yaxud hansısa birliyə daxil olmaq kimi planları yoxdur. Bu ölkənin rəhbərliyi hər şeydən öncə öz dövlət maraqlarının düşünür. Hesab edirəm ki, qarşıdakı dönəmdə Bakı Rusiyaya xüsusi əhəmiyyət verəcək”.


Puşkov Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına daxil etmək haqda iddialara da münasibət bildirib.


“Moskva Bakının siyasətinə hörmət edir və onu hansısa ittifaqa, birliyə daxil etmək fikri yoxdur. Rusiya Azərbaycanla münasibətlərin indiki müsbət əhval-ruhiyyəsini saxlamaqda maraqlıdır”, - deyə Duma üzvü vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm