Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsindən danışdı
Bizi izləyin

Nida.az

Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsindən danışdı

Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin ABŞ Dövlət Departamenti tərəfindən etirazla qarşılanmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Bahar Muradova jurnalistlərə deyib ki, Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır: "Bununla bağlı ölkə xaricində və daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil. Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, bu, cəmiyyət üçün o qədər də maraqlı deyil".

Vitse-spiker deyib ki, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil. Çünki bu, tərəflər arasında olan fərdi problemdir: "Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti də bu məsələlərdən narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm