• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mövlud Çavuşoğlu: “Ermənistanı aramızda görmək istəyirik”

  • Nida.az
  • 10 Dekabr 2014 18:26
  • 375 Baxış
Mövlud Çavuşoğlu: “Ermənistanı aramızda görmək istəyirik”

“Ermənistan dərhal doğru yola gəlməli və sülh üçün səylərini artırmalıdır. Buna hər kəsdən çox Ermənistanın ehtiyacı var”.

Publika.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Gürcüstandan olan həmkarları ilə birgə Qarsda keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, hazırda Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal edib: “Bu narahatçılıq yalnız Azərbaycanın qardaşı olan bizlərdə deyil, həm də BMT-nin və Avropa Şurasının qəbul etdiyi qərarlarda da əksini tapıb. Bütün beynəlxalq təşkilatlar bunu söyləyir. Biz Ermənistanın Cənubi Qafqaz halqasına qatılmasını istəyirik. Amma əvvəlcə onların qonşuları ilə olan problemlərini səmimi şəkildə həll etməsi üçün addımlar atması lazımdır. Biz Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını istəyirik. Bunun üçün də Ermənistanın qonşularının ərazi bütövlüyünə hörmət etməsi lazımdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR