Nida.az
Rauf Arifoğlu: “Əli Kərimli geriyədönməz bir düşmənçiliyə girdi”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimli arasında yeni qalmaqal yaranıb. Buna səbəb isə Əli Kərimlinin tərəfdarlarının baş redaktorla bağlı hazırladığı təhqiramiz kollaj olub.
Publika.az xəbər verir ki, Əli Kərimlinin əmisi oğlu, hazırda
Fransada yaşayan İnqilab Kərimli R. Arifoğlunu təhqir edən kollaj
hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.
R. Arifoğlu bu təhqirlərə cavab olaraq bildirib ki, İ. Kərimli
daşları yerindən oynatdı və AXCP sədrinə böyük pislik etdi: “Bu
iyrənc kollajın müəllifi və burada statusları yazan,
valideynlərimizi təhqir edən AXCP sədrinin əmisi oğlu İnqilab
Kərimlidir. O, hazırda Fransada yaşayır və mühacir alveri ilə
məşğuldur. Bu cür kollajlar, adətən, onun əmisi oğlu barədə
hazırlanır və yayılırdı. Əlimizdə qəzet olsa da, düşmən olsaq da,
bir dəfə bu cür tərbiyəsizliyə getmədik. Əksinə, Əli Kərimlini,
onun ailəsini müdafiə etdik, bunu həyata keçirənləri qınadıq. İndi
də bu cür hərəkətləri qınayırıq. Bütün “Facebook” boyunca hazırda
cəbhə fəalları bizi söyür, aşağılayır, təhqir edirlər. Cavablarını
da alırlar. Lakin bu əxlaqsızlar hər dəfə valideynlərimizi,
yaxınlarımızı da dillərinə almaqdan çəkinmirlər. Onlara
qoşulmayacağıq. Kərimlilərin ağsaqqal və ağbirçəklərinə can
sağlığı, ölənlərinə rəhmət diləyirik. Bu cür kollajlar da bizə
yapışmaz. Ancaq İnqilab Kərimov daşları yerindən oynatdı və AXCP
sədrinə böyük pislik etdi”.
R. Arifoğlu əmisi oğlunun tərbiyəsiz hərəkəti ilə bağlı Əli Kərimliyə məktub yazdığını bildirib. O, məktubda yazdıqlarını da sosial şəbəkələrdə paylaşıb.
“Sənin barəndə belə əxlaqsız şeylər yazılanda mən onlara qarşı
çıxdım, səni müdafiə etdim. Bu qədər aşağı düşdün ki, əmin oğlunun
dili ilə sənə deyilənləri bizə qaytarırsan. Bir kərə valideynlərini
bu işə qatmadım, özündən kənar bir kimsədən yazmadım. Artıq neçənci
dəfədir sənin sülalən bütün qırmızıları keçir. Sənə ayıb olsun da
deyə bilmirəm. Çünki o mərhələni keçmisən. Sadəcə borc olsun
deyirəm. Sən də əmin oğlun da cavabınızı mütləq alacaqsınız.
Geriyədönməz bir düşmənçiliyə girdin”, - deyə baş redaktor partiya
sədrinə məktubunda bildirib.
Asif
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi