Əli Abbasov: “Buna ən çox sevinən İlham Əliyevdir”
Bizi izləyin

Nida.az

Əli Abbasov: “Buna ən çox sevinən İlham Əliyevdir”

“Son 10 ildə, yəni 2004-2008-cü illərdə hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-ci ildən sonra isə 60-65 faiz olub”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bu gün Bakıda keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, İKT potensialının 3 dəfə genişlənməsi deməkdir. Ə.Abbasov deyib ki, bu rəqəm ümumdünya orta göstəricisini təxminən 2-2,5 dəfə üstələyib: “Nazir qeyd edib ki, BMT Baş Assambleyasının qəbul etdiyi 3 qərara əsasən, Azərbaycanın Avroasiya zonasında informasiya strukturunun inkişafı üçün təqdim etdiyi layihələr dəstəklənib və Avroasiya Rabitə Alyansında Azərbaycanın koordinatorluğu təsdiq edilib: "Əsas odur ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, yüksək səviyyəli, lazım olan informasiya-kommunikasiya texnologiyalarının xidmətlərini təkcə respublikada yox, regionda da həyata keçirsin, ixrac potensialını gücləndirə bilsin. Ötən on ildəki və gələcək inkişaf modellərimizə verilən qiymət Dünya İqtisadi Forumunun Azərbaycanın inkişafını yüksək dəyərləndirməsidir. Bütün bu inkişaf məsuliyyətini öz çiyinlərində daşıyan və bunun nəticələrinə ən çox sevinən birinci azərbaycanlı Prezident İlham Əliyevdir”.

Nazirin sözlərinə görə, MBD-də ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, 2010-cu ildə bütün telekommunikasiya sisteminin MDB ölkələri arasında ilk dəfə elektronlaşması, son illərdə Azərbaycanda mobil telefon rabitəsi infrastrukturunun genişlənməsi bu inkişafa bariz nümunədir: “Ölkəmiz yeni 4G texnologiyasını tətbiq edən Avropada 9, dünyada 37-ci ölkədir. Bu gün dünyada 3G texnologiyasının ölkə üzərində əhatə dairəsini 100 faiz təmin etmiş 20 ölkə sırasındadır. Bu gün internetin tətbiqinə görə Azərbaycan inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşır. Azərbaycan internetin 73 faizlik istifadə sıxlığına görə, MDB ölkələri arasında liderdir və bir neçə ildir ki, bu liderliyi qoruyub saxlamaqdadır. Rabitə və yüksək texnologiyalar sahəsində çalışan bütün əməkdaşlar Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirmək üçün əlindən gələni edəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm