Nida.az
Müsavatdan “casus” siyahısına reaksiya
“İsa Qəmbər və Müsavat üzvlərinin kimlərsə əlaqəsi olması haqqında
yazılanlar gülünc siyahıdır”. Bu barədə Müsavat
başqanının müavini Gülağa Aslanlı Publika.Az –a
açıqlamasında jurnalist Xədicə İsmayılın “casus” siyahısına
münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu siyahının bu cür yayılması da şübhəlidir: “Bunun kimlərinsə uydurması da ola bilər düşüncəsindəyəm. Nəinki İsa Qəmbər, ümumiyyətlə, Müsavat haqda yazılanların heç bir əsası yoxdur. Arif bəy də Müsavatın Azərbaycan siyasətinə təsir edən üzvüdür. Onun hər hansı penitensiar xidmətin bir aşağı səviyyəli məmuru ilə birləşdirmək və onunla əlaqələri hakimiyyətlə bağlamaq sadəcə gülünc bir iftiradır”.
Müsavat rəsmisi bu siyahının yayılmasında AXCP-nin də rolunun
olması haqqında mətbuatda səslənən iddialara münasibət
bildirib.“Burda kiminsə, yaxud AXCP-nin rolunun olması haqqında
məlumata malik deyiləm. Ona görə də bu haqda danışa bilmərəm”-deyə
o qeyd edib.
Qeyd edək ki, jurnalist Xədicə İsmayıl tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə verildiyi deyilən siyahıda bir çoxlarının, eləcə də Müsavat Partiyasının funksionerləri, eləcə də başqanı İsa Qəmbəri adı hallandırılır. Virtualaz.org saytında dərc olunana siyahıda bildirilir ki, İsa Qəmbər hakimiyyət tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R. Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.
Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.
Qeyd edilir ki, siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi
İcra Aparatının rəhbəri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16
saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.
Asif
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi