• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

YAP-ın Humanitar məsələlər komissiyasının iclası keçirilib

  • Nida.az
  • 13 Fevral 2014 20:22
  • 789 Baxış
YAP-ın Humanitar məsələlər komissiyasının iclası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının iclası keçirilib.

Publika.az-ın YAP-ın saytına istinadən məlumatına görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib.

İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib. Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub.

Y. Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək. Müzakirələr zamanı komissiya üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda iş planı qəbul olunub.

Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri - Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov, eləcə də professor Həsən Mirzəyev və İradə Hüseynova daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR