Nida.az
Müsavatdakı hadisələri Fransa terroruna bənzətdi, ara qarışdı
Müsavat Məclisinin keçmiş üzvü Hikmət Hacızadə Fransada “Charlie Hebdo” jurnalına edilən hücumla qurultaydan sonra Müsavat daxilindəki prosesləri eyniləşdirib.
Publika.az xəbər verir ki H. Hacızadə Fransada
karikaturaya görə törədilən dəhşətli qətliamı qətiyyətlə
pisləyir.
“Bir qeydim də var. Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə
Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir. Sözə,
ifadəyə görə cəza olmamalıdır - budur demokratik dünyanın son
qənaəti”, - deyə o bildirib.
H. Hacızadə Arif Hacılıya qarşı çıxdığı üçün partiyadan çıxarılan
Səxavət Əlisoyu Müsavatda söz azadlığının boğulmasına nümunə kimi
göstərib.
Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a
açıqlamasında H. Hacızadəyə etiraz edib. O, H. Hacızadənin
yanaşmasını mənasız və biabırçı adlandırıb.
“Səxavət Əlisoy nizamnaməyə uyğun olaraq partiyadan çıxarılıb.
Burda hər-hansı söz azadlığının boğulması hallarından söhbət gedə
bilməz. Müsavatda baş verənləri Fransadakı hadisələrlə
eyniləşdirmək hansı düşüncədən irəli gəlir? Bu yanaşmanı irəli
sürən adama cavab verməyi özümə rəva görmürəm”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi