“Həmkarlarımız özlərini bəzi məmurların xidmətçisi kimi aparırlar" - Fazil Mustafa
Bizi izləyin

Nida.az

“Həmkarlarımız özlərini bəzi məmurların xidmətçisi kimi aparırlar" - Fazil Mustafa

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa YAP-çı deputat həmkarı Siyavuş Novruzova cavab verib.

Publika.Az-ın məlumatına görə, F.Mustafa deyib: “Prezident özü qeyd edib ki, ölkənin ən böyük problemlərindən biri korrupsiyadır və bu məsələdə cəmiyyətin aktiv olması əsasdır. Özünü xalqın xidmətçisi hesab edən dövlət başçısından fərqli olaraq, bəzi həmkarlarımız özlərini bəzi məmurların xidmətçisi kimi aparırlar. Korrusiya hər ölkədə var, amma Allahsızlıq olanda, danışmalıyıq. Bunları söyləmək lazımdır, tənqid dövlətin özünün xeyrinədir. Bu, birbaşa Prezidentin göstərişidir ki, çatışmazlıqları göstərmək lazımdır. Ona görə də yazıya bu cür reaksiya vermək anlaşılmazdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm