Nida.az
Qubad İbadoğlu: “ADR-in partiyaya çevriləcəyini...”
“Bizə Arif Hacılıya səs verdiyinə görə peşman olan bir neçə nəfər müraciət edib”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi, Müsavat
başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi İcra Aparatının
sədri Gülağa Aslanlının “Qurultayda Qubad bəyə səs verdiyi üçün
peşman olanlar var” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, heç kəs bu məsələdə falçı kimi çıxış edə
bilməz: “Gizli səsvermə olduğuna görə kimin kimə səs verdiyini
bilmək mümkün deyil. Bizə də Arif Hacılıya səs verdiyi üçün peşman
olanlar müraciət edib. Lakin mən buna əsaslanaraq açıqlamalar
verməmişəm. Çünki bir neçə nəfərin fikri ilə ümumi qiymətləndirmə
aparmaq düzgün deyil. Lakin bir fakt da var. Getdiyimiz bütün
rayonlarda ADR-in formalaşmasında ən aktiv olanlar Müsavatın
hazırki və keçmiş üzvləridir. Onların böyük əksəriyyəti qurultay
nümayəndələri olub, seçkilərdə səs veriblər, indi də ADR-ə
qoşulmaqla bunu bir daha sübut edirlər. Arif Hacılıya səs vermək
İsa Qəmbərə olan sevgi, istəkdən irəli gəlir. Səslərin heç də
hamısı Arif Hacılıya məxsus deyil, bir hissəsi İsa Qəmbərə
məxsusdur”.
Q. İbadoğlu sabiq başqan İsa Qəmbərin qurultaydan narazı qalan
kəsimi hakimiyyətlə işləməkdə suçlamasına da münasibət bildirib.
Onun sözlərinə görə, İsa Qəmbər bu fikri dəfələrlə deyir: “Bu, daha
çox özünə bəraət qazandırmaq məqsədi daşıyır. Lakin bu, uğursuz
gedişlərdir”.
ADR təsisçisi hərəkatın partiyaya çevrilmək perspektivlərinə də
toxunub.
“ADR-in partiyaya çevrilməsi ilə bağlı qərar kollegial qaydada
qəbul olunmalıdır. ADR ictimai hərəkat olduğuna görə qərar ümumi
yığıncağında verilə bilər. Mən bu qərarın verilməsini nə istisna
edə, nə bəri başdan proqnozlaşdıra bilərəm. Bu il üçün
hazırladığımız fəaliyyət proqramında bu, nəzərdə tutulmayıb.
İctimai hərəkat kimi 2015-ci ildə fəaliyyətimizi davam etdirəcəyik.
Hər il əsasnamələrimizə uyğun olaraq ümumi yığıncağımızı
keçirəcəyik və növbəti fəaliyyət proqramımızı qəbul edəcəyik. Hər
şey üzvlərimizin verəcəyi qərardan asılıdır. Buna görə də, nəyisə
istisna, yaxud təsdiq edə bilmərəm. İndiki halda fəaliyyətimizi
demokratik təsisatlara yardım, insan haqlarına dəstək və
Azərbaycanda sərvətlərimizin daha səmərəli bölüşdürülməsi üzərində
quracağıq. Əhatə dairəmizin getdikcə artması və fəaliyyətimizin
intensiv olmasına gəlincə, bu yalnız bizim təşəbbüslərimizlə
məhdudlaşmır. Bu qədər sürətlə işləməyimizə tələbat yaranıb. Çünki
Azərbaycanın müxtəlif regionlarından hərəkata qoşulmaq istəyənlər
kifayət qədərdir. Sadəcə, biz onları sistemli şəkildə həyata
keçirmək istəyirik. Həm də bərabər təmsilçilik olmasının
niyyətindəyik”, - deyə o bildirib.
Q. İbadoğlu ADR-in təsis yığıncağını yaxın aylarda keçirmək
niyyətində olduqlarının qeyd edib: “Marta qədər təsis yığıncağının
keçirilməsinə nail olacağıq. Təsis yığıncağında təşəbbüs qrupunun
üzvlərinin iştirakı gözlənilir, qonaqlarımız da olacaq”.
Asif Nərimanlı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi