Qurban Qurbanovun yerinə şok təyinat – ÖZƏL
Bizi izləyin

Nida.az

Qurban Qurbanovun yerinə şok təyinat – ÖZƏL

Ötən il vəzifəsindən uzaqlaşdırılan Dərbənd şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Qurban Qurbanovun yerinə təyinat olub.


Publika.az-ın Dərbənddəki mənbələrdən əldə etdiyi məlumata görə, son 5 gündə Qurbanovu əvəzləyəcək iki təyinat reallaşdırılıb.

Q. Qurbanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu Yəhya Hacıyev əvəzləyirdi. Təqribən 5 gün öncə Əli Xasbulatov rayon icra hakimiyyətinin rəhbərliyinə gətirilib. Dünən isə Dağıstan rəhbərliyi gözlənilməz addım atıb.

Məlumata görə, dünən rayon rəhbərliyinə Azərbaycan əsilli Məhəmməd Cəlilov təyin edilib. O, Dərbənd dəmiryol idarəsinin rəisi vəzifəsini daşıyırmış.

Mənbə bir həftə içində iki təyinatın şəhərdə yaranmış narazılıqla bağlı olduğunu bildirib: “Azərbaycanlılar rəhbərlikdən ciddi şəkildə narazıdır. Qurbanovun yerinə başqa millətin nümayəndəsini gətirmək hələlik səhv addım olardı. Ona görə də Məhəmməd Cəlilov müvəqqəti olaraq rəhbər təyin edilib”.

Məlumatlara görə, 2015-ci ildə bu posta keçmiş ədliyyə naziri Azadi Rəhimov gətiriləcək.


Qeyd edək ki, Q. Qurbanovun səlahiyyətləri 2015-ci ildə bitirdi. Lakin Dağıstan rəhbərliyi onu vaxtından əvvəl istefaya çağırdı. Buna qarşı çıxdığı üçün ona iqtisadi cinayət açıldı. Hazırda Qurbanov məhkəmənin qərarı ilə ev dustaqlığındadır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm