Həmsədrlər prezidentlərlə görüşməyi planlaşdırır
Bizi izləyin

Nida.az

Həmsədrlər prezidentlərlə görüşməyi planlaşdırır

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparmağı planlaşdırır.


Publika.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Amerikanın səsi” radiostansiyasına açıqlamasında deyib.


O, cəbhədə gərginliyin artmasından narahat olduqlarını dilə gətirib: “Son zamanlar təmas xəttində gərginlik müşahidə olunur. Biz bundan çox narahatıq. Tezliklə regiona baş çəkməyi və tərəflərlə danışıqlar aparmağı düşünürük. Həmçinin prezidentlərlə danışmağı da planlaşdırırıq”.


Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsində gərginliyin artmasının regionun bütün ölkələrinə mənfi təsir etdiyini açıqlayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm