“Arif Hacılı Mirbaba Babayevi ən qeyri-obyektiv adlandırırdı”
Bizi izləyin

Nida.az

“Arif Hacılı Mirbaba Babayevi ən qeyri-obyektiv adlandırırdı”

“Arif Hacılı 15 il əvvəl bir neçə müsavatçının yanında “Mirbaba bəy Müsavatda ən obyektiv adam imici olan ən qeyri-obyektiv adamdır” deyirdi. Sonra bu fikri tapıntı kimi tez-tez təkrarlayırdı”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasından repressiyalara etiraz olaraq istefa verən Əlövsət Talışxanlı deyib.


Ə. Talışxanlı Müsavat nizamnaməsinin müəlliflərindən olan Mirbaba Babayevin Qubad İbadoğlunun çıxarılmasına haqq qazandırmasını sərt tənqid edib.


“Arif Hacılının səmimiliyinə inanaq, yoxsa sizin obyektivliyinizə?” – deyə o M. Babayevə müraciət edib.


Ə. Talışxanlı Müsavatda yaranmış böhranın əsl səbəbini də açıqlayıb: “Müsavat Partiyasında yaranmış indiki böhranın əsası VIII qurultayda deyil, ondan çox-çox əvvəl, Arif Hacılı partiyanın təşkilat məsələləri üzrə katibi seçiləndə qoyulmuşdu. Ondan qabaq bu vəzifəni Mirbaba Babayev tuturdu. Keçən bu illər ərzində xarakterindəki qüsurlarla bağlı xeyli müsavatçı Arif Hacılını qəbul etmirdi. Yaranmış böhranın ən başlıca səbəbi də belə keyfiyyətlərə malik insanın partiya başqanlığına gətirilməsidir”.


Asif



Oxumağa davam et
Reklam
Reklam

Gündəm