Nida.az
Rusiyadan Qarabağ barədə AÇIQLAMA: “Putin optimal variant üzərində işləyir”
Azərbaycanla Rusiyanın dostluq münasibətlərini onunla təsdiq etmək olar ki, AŞPA-da bizim nümayəndə heyətlərimiz Amerika ekspansiyasına qarşı vahid cəbhədən səs verirlər”.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin belə açıqlama ilə çıxış edib.
Dövlət Duması rəsmisinin bildirdiyinə görə, Azərbaycanda Rusiya vətəndaşlarına çox gözəl münasibət sərgilənir və bu, iki ölkənin əməkdaşlığının daha da sıx olacağına ümidləri artırır.
Vladimir Nikitin onu da qeyd edib ki, Azərbaycanda postsovet ölkələrində yeganə ölkələrdən biridir ki, orada kəskin rusofobiya yoxdur. Rusiya Dövlət Duması sədrinin müavini Azərbaycanın Avrasiya İqtisadi İttifaqının tərkibinə daxil olacağına ümid etdiyini də söyləyib.
O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqaməti fonunda Rusiya-Azərbaycan əlaqələrini də şərh edib. Vladimir Nikitin bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır və bunun üçün böyük səylər ortaya qoyur.
“Mən bilirəm ki, hazırda Rusiya prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın və Ermənistanın liderlərinin bu ağrılı problemin həlli istiqamətində razılığa gəlmələri üçün ilkin optimal variant üzərində işləyirlər. Düşünürəm ki, nəticədə tərəflər münaqişənin həlli yolunu tapacaqlar”,-deyə Vladimir Nikitin vurğulayıb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi