• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident knyazı qəbul etdi

  • Nida.az
  • 18 Fevral 2014 16:07
  • 456 Baxış
Prezident  knyazı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşmüşdür.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırladı. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR